Türkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə tanış olub.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini Səməd Bəşirli ilə keçirilən görüşdə qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə, eyni zamanda Ağdam Sənaye Parkında görülmüş işlər, investorlar üçün cəlbedici imkanlar, sahibkarlıq fəaliyyəti üçün yaradılmış infrastruktur, tətbiq edilən vergi, gömrük və digər güzəştlər barədə məlumat verilib.
Bildirilib ki, dövlət başçısı İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident sayına görə ölkə üzrə sənaye parkları arasında ikinci yerdədir. Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçirilir.
Nümayəndə heyəti parkın ərazisində yerləşən istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Türkiyə nümayəndə heyəti səfər çərçivəsində Xankəndi və Şuşa şəhərlərində olub, tarixi yerləri ziyarət edib, bərpa və yenidənqurma işləri ilə maraqlanıb.
Oxşar xəbərlər
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub
Deputat: "İşğaldan azad edilmiş ərazilər üçün xüsusi vergi yanaşması olmalıdır"
Ağdam Sənaye Parkına media-tur təşkil olunub
Ağdam Sənaye Parkına media-tur təşkil olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI

