Azərbaycanda qeydiyyatda olan tarix-mədəniyyət abidələrinin vahid pasportu olacaq
Azərbaycanda qeydiyyatda olan tarix-mədəniyyət abidələrinin vahid pasportu olacaq.
Bu barədə "Sizinxeber.az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda dövlət mühafizəsinə götürülən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənəd - pasport vahid forma və qaydada deyil, hər bir qurum (Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi) tərəfindən fərdi qaydalarda hazırlanırdı.
Bu baxımdan, daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və vahid pasport formasının təsdiq edilməsi zərurəti yaranıb.
"Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif edilib. Həmin təkliflər əsasında Milli Məclisi tərəfindən daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq olunub. Qanunvericiliyə edilən yeni dəyişiklik mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır", - məlumatda bildirilib.
Oxşar xəbərlər
MM dövlət siyahısına daxil edilən abidələrə vahid qaydada pasport verilməsini ilk oxunuşda təsdiqləyib
Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
“Pir Hüseyn Xanəgahı” və Zaqatala Tarix-Mədəniyyət Qoruqlarının əsasnamələri təsdiqlənib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Azərbaycanın tarixi-mədəniyyət abidələrinin iş adamlarının istifadəsinə verilməsi təklif olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
