Sizinxeber.az » Mədəniyyət » İncəsənət » Azərbaycan əsilli İran rejissorunun filmi Kann kino festivalının qalibi olub - YENİLƏNİB

Azərbaycan əsilli İran rejissorunun filmi Kann kino festivalının qalibi olub - YENİLƏNİB

78-ci Kann Film Festivalının qalibləri elan olunub.

APA xəbər verir ki, festivalın əsas mükafatı – “Qızıl Palma”ya iranlı rejissor Cəfər Pənahinin “It Was Just an Accident” filmi layiq görülüb.

Ən yaxşı rejissor mükafatı “The Secret Agent” filminə görə Kleber Mendonça Filhoya təqdim olunub. Həmin filmdəki roluna görə Vaqner Moura ən yaxşı kişi rolu nominasiyasında qalib olub.

Ən yaxşı aktrisa mükafatı “The Little Sister” filmindəki obrazına görə Nadia Mellitiyə təqdim edilib.

Ən yaxşı qısa film nominasiyasında qalib “I'm Glad You're Dead Now” (rejissor Tavfiq Barhom) olub. Fəxri “Qızıl Palma” isə Robert De Niro və Denzel Vaşinqtona təqdim edilib.

Festivalın münsiflər heyətinə fransız aktrisa Juliette Binoche rəhbərlik edib.

***

22:24

Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalının qalibi olub.

APA xəbər verir ki, o bu mükafatı "Bir sadə qəza" filminə görə qazanıb.

Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edərək festivalın əsas mükafatı olan "Qızıl Palma budağı"na layiq görülüb.

Rejissorun sərt və sosial məzmunlu filmləri hökumət tərəfindən təxribat xarakterli hesab edildiyindən, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib.

Bununla belə, Pənahi bu il Kann festivalında əsas mükafat uğrunda yarışan yeni filmi — “Bir sadə qəza” ilə çıxış edib. O bildirib ki, bu filmdə ədalətsizliyi göstərmək üçün yumordan istifadə edib. Rejissor əlavə edib ki, həbsxanada keçirdiyi vaxt bu hekayəni daha da zənginləşdirməsinə kömək edib.

Adının açıqlanmasını istəməyən rejissora yaxın bir mənbənin verdiyi məlumata görə, film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !