Çingiz Abbasovun yubileyinə həsr olunmuş "Sənət fədaisi" konsert proqramı keçirilib
Əməkdar incəsənət xadimi, "Tərəqqi" medalı laureatı Çingiz Abbasovun 75 illik yubileyinə həsr olunmuş "Sənət fədaisi" adlı konsert proqramı keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə Ç.Abbasovun həyat və yaradıcılığı barədə videçarx təqdim olunub, sonra söz çıxışçılara verilib.
Xalq artisti Zabit Səmədzadə yubilyarla bağlı xatirələrini bölüşüb. O, özünün fəaliyyətində Ç.Abbasovun mühüm rolunun olduğunu diqqətə çatdırıb. Natiq səbəbkara xoş arzularını çatdırıb.
Ç.Abbasovun əməkdaşlıq etdiyi Azərbaycan Dövlər Televiziyasının aparəcısı Mümtaz Xəlilzadə telekanalın adından təbrikini çatdırıb və yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Əməkdar artist Məhərrəm Qasımlı yubilyarla uzun illərdir dostluq etdiyini bildirib. O, Ç.Abbasovun təkcə muğam yox, həm də aşıq sənətinin bilicisi olduğunu bildirib.
Tədbir musiqi nömrələri ilə davam edib.
Yubilyar sonda konsert proqramının iştirakçılarına təşəkkür edib.
Oxşar xəbərlər
U-21 Ayxan Abbasovun rəhbərliyi ilə ilk matçına çıxacaq
Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
Gəncə Dövlət Filarmoniyası Bakıda konsert proqramı ilə çıxış edib
Xankəndidə ilk solo konsert keçirilib - YENİLƏNİB
Aşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













