Xankəndidə ilk solo konsert keçirilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xankəndidə ilk solo konsert keçirilib - YENİLƏNİB


Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəslinin rəhbərliyi ilə “Arslan Növrəsli Quartet” adlı musiqi axşamı keçirilib.

“Report”un məlumatına görə, konsertdə Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın əməkdar artisti Kamran Kərimov müşayiət edib.

Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunub.

Tədbirdə Xankəndi şəhərinin ictimaiyyət nümayəndələri, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

16:33

Xankəndi şəhərində bu gün ilk solo konsert təşkil ediləcək.

“Report”un məlumatına görə, konsertdə ifaçı tarzən Arslan Növrəsli olacaq.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri olan Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın əməkdar artisti Kamran Kərimov müşayiət edəcək.

Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunması planlaşdırılır.

Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışını edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər