“Hər yanı gülşən Azərbaycan” adlı III Regional xor müsabiqəsinə start verilib
- 23-04-2024, 20:06
- Mədəniyyət / İncəsənət
- 0
- 3 456
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı silsilə tədbirlər davam etməkdədir.
"Sizinxeber.az" xəbər verir ki, Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin seçim mərhələsi keçirilib.
Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional İdarənin rəisi Faiq Xudanlı, hər iki İdarənin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov tədbiri çıxış sözü ilə açaraq müsabiqədə iştirak edən kollektivlərə uğurlar arzulayıb.
Müsabiqənin seçim mərhələsində hər iki Regional Mədəniyyət İdarəsindən olan 7 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri iştirak edib.
İştirak edən xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıblar.
Artıq ənənə halını almış xor müsabiqəsində iştirakçılar uğurla çıxış edib, yeni nailiyyətləri ilə fərqləniblər.
Müsabiqənin seçim mərhələsi 24 aprel tarixində 10 uşaq musiqi və incəsənət məktəbinin iştirakı ilə Ağdaş rayonunda davam etdiriləcək.


width="220" alt="Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək" />
width="220" alt="Mədəniyyət Nazirliyi boş vəzifələrin tutulması üçün müsahibə keçirir" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />