Məhşur ingilis aktyor BMT-nin qala gecəsində Azərbaycandan danışıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri, məşhur ingilis aktyor Teo Ceyms BMT-nin Müxbirlər Assosasiasiyasının (United Nations Correspondents Association) təşkil etdiyi mükafatlandırma gecəsində Azərbaycana səfərindən danışıb.
"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, Teo Ceyms BMT rəsmilərinin və diplomatların qatıldığı gecədə çıxış edərək Azərbaycanın bu il ev sahibliyi etdiyi COP29-da iştirak etdiyini deyib. O, COP29 çərçivəsində iqlim dəyişkənliyi ilə mübarizədə Bakıda reallaşdırdığı vacib görüşlərdən bəhs edib.
“Sizinxeber.az”un ABŞ bürosunun təmsilçisi ilə həmsöhbət olan aktyor ölkəmizdə səmərəli və gözəl vaxt keçirdiyini dilə gətirib, Azərbaycan xalqına sevgilərini göndərib.
Qeyd edək ki, UNCA mükafat gecəsində Teo Ceyms "İlin Qlobal Vətəndaşı" mükafatını alıb.
Oxşar xəbərlər
Məşhur ingilis aktyor “İqlim fəaliyyəti üçün qaçqınlar” şəbəkəsinin təqdimat mərasimində iştirak edib
Lebron Ceyms tanınmış klubu almaq qərarına gəlib
“Ulduz müharibələri”ndə Dart Veyderi səsləndirmiş aktyor vəfat edib
Lebron Ceyms və oğlunu məhkəməyə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
