Filarmoniyada Zəfər Gününə həsr olunan konsert keçirilib - FOTO
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan silsilə konsertlər keçirilib.
Bu barədə Sizinxeber.az-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində də bayram konserti təşkil olunub.
Konserti izləyən arasında mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, rəsmilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsertdən öncə akademik Rafael Hüseynov çıxış edərək tariximizin parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizin əhəmiyyətindən danışıb.
Sonra bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarəçiliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solist Əməkdar artist Ramil Qasımov çıxış edib.
Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası (librettosu akademik Rafael Hüseynova məxsusdur), O.Zülfüqarovun “Şənlən, mənim xalqım!”, Y.N.Şəfəqin “Zəfər valsı”, S.Rəhimovanın “Zəfər nidası” simfonik poeması, Niyazinin “Türk marşı” və C.Quliyevin “Əsgər marşı” əsərləri səsləndirilib.
Bütün musiqi nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.
Oxşar xəbərlər
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər - FOTO
Gülüstan Əliyeva Gəncə Dövlət Filarmoniyasında solo konsert verib - FOTO
Qazax Kamera Xoru Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib
Azad edilən ərazilərdə Zəfər Günü ilə bağlı konsertlər təşkil olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












