Sizinxeber.az » Mədəniyyət » İncəsənət » Muzeyin direktoru: Azərbaycan dirijorluq məktəbinin inkişafı Niyazinin adı ilə bağlıdır

Muzeyin direktoru: Azərbaycan dirijorluq məktəbinin inkişafı Niyazinin adı ilə bağlıdır

Azərbaycan dirijorluq məktəbinin təşəkkülü və inkişafı Maestro Niyazinin adı ilə bağlıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 112 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazi Mənzil Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov deyib.

Onun sözlərinə görə, indiki dirijorların böyük əksəriyyəti onun yaratdığı məktəbin və irsin yetirmələridirlər: "Maestro Niyazinin Azərbaycan simfonizminin inkişafında rolunu xüsusi qeyd etmək lazımdır. O. bir çox simfonik və vokal əsərlərin, kino və film musiqilərinin müəllifidir. Hər kəsə bəllidir ki, Niyazi dünyanın bir çox ölkəsində Azərbaycan musiqisini qürurla təqdim edib, tanıdıb. Dünyanın ən böyük ölkələrində sayılıb, seçilən sənət ustası kimi tanınıb. Biz də onun xatirəsini qürurla anırıq və yaşadırıq".

Tədbir daha sonra bədii hissə ilə davam edib. Konsert proqramında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılovanın ("Arzu" romansı), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun ("Vətən nəğməsi") və başqalarının ifalarında Niyazinin və Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib. Konsert proqramının rejissoru Əməkdar artist İnarə Babayevadır.

Tədbirin sonunda bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanan, Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !