AKİ Milli Qəhrəman Hökumə Əliyeva ilə bağlı çəkdiyi filmi gələn ay təqdim edəcək
sizinxeber.az xəbər saytı

AKİ Milli Qəhrəman Hökumə Əliyeva ilə bağlı çəkdiyi filmi gələn ay təqdim edəcək


Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, Əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin Milli Qəhrəman Hökümə Əliyevaya həsr olunmuş "Hökümə - kədərim mənim" adlı sənədli filmi avqustda təqdim olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb.

Bildirilib ki, layihənin rəhbəri AKİ sədri, Xalq artisti Rasim Balayev, rejissor Ziya Şıxlinski, operator Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyev, koordinator Əli İsa Cabbarovdur.

Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi 2024-cü ilin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərin 38-i həlak olub. Həlak olanlardan üçü təyyarənin ekipaj üzvləri, - kapitan İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaniniv və baş stüardessa Hökümə Əliyeva, - olub.

Hər üç ekipaj üzvü ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Oxşar xəbərlər

Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar
Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası: Mən qızımla fəxr edirəm
Hökümə Əliyevanın qardaşı: Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı
Hökümə Əliyevanın vəfatına görə verilmiş pul oğurlandı - 80 minlik cinayət
İlham Əliyev və Mehriban Əliyeva təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasiminə əklillər göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər