ÜGT-nin alt komitəsi COP29 çərçivəsində yeni müddəalar hazırlayır
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) HS (Harmonize Sistem - Uyğunlaşdırılmış Sistem) alt komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ekoloji cəhətdən əhəmiyyətli malların qlobal gömrük təsnifat sistemində görünməsini artırmaq üçün yeni müddəalar hazırlayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu ÜGT-nin Tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi (Gael Grooby) COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu, gələcəkdə hökumətlərə ticarəti təşviq etmək üçün imkanlar yaradacaq: "Eyni zamanda, Bazel Konvensiyası və Monreal Protokolu çərçivəsində təlimçilərin hazırlanması üçün seminarlar təşkil edilir, təhlükəli tullantıların təhlükəsiz saxlanması və daşınması üçün yeni prosedurlar hazırlanır, plastik tullantıların təsnifatı üzrə onlayn təlimlər keçirilir. COP29-da iqlim müzakirələrinə gömrük və ÜGT-nin daxil edilməsi bu prosesə böyük dəstək göstərir".
Oxşar xəbərlər
ÜGT rəsmisi: "Yaşıl Gömrük Fəaliyyət Planı ətraf mühitlə bağlı birgə addımlar atmağa imkan verir"
ÜGT rəsmisi: “Davamlı ticarətin asanlaşdırılması üçün yeni həllər tələb olunur”
WTO “yaşıl mallar”ın idxalını asanlaşdırır
Şahin Bağırov: "Azərbaycan davamlı ekosistemi dəstəkləmək üçün gömrük güzəştləri tətbiq edir"
Elnur Soltanov: "Gömrük orqanları öz gəlirlərinin bir hissəsini ətraf mühitə cavabdeh olan layihələrə ayıra bilərlər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
