FAO rəsmisi: “Aqro-ərzaq sistemləri ərzaq təhlükəsizliyinə nail olmaq üçün açardır”
Aqro-ərzaq sistemləri ərzaq təhlükəsizliyinə nail olmaq üçün açardır və çoxsaylı problemlərə, iqlim dəyişikliyinə, biomüxtəlifliyə, torpaqların deqradasiyasına və su qıtlığına həll yollarını özündə saxlayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" tədbirində bildirib.
Onun sözlərinə görə, son 10 il ərzində aqro-ərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslərin, koalisiyaların, şəbəkələrin, ittifaqların və tərəfdaşlıqların əhəmiyyətli inkişafı olub: “Keçən il COP28-də 160 ölkə iqlim böhranının həlli üçün aqro-ərzaq sistemlərinin mərkəzi əhəmiyyətini tanıyan Əmirlik Bəyannaməsini imzalayıb. Bu il isə Bakıda COP29-da biz Harmoniya İqlim Təşəbbüsünü işə salırıq. Daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqro-ərzaq sistemlərinin daha sürətli transformasiyasını həyata keçirmək üçün daha çox koordinasiyaya ehtiyacımız olduğundan, bu daha yaxşı koordinasiya ambisiyasının Harmoniya Təşəbbüsünün birinci məqsədində əks olunduğunu görməkdən məmnunuq".
Oxşar xəbərlər
FAO və Azərbaycan COP29 üçün aqro-ərzaq sistemləri proqramını təkmilləşdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda regional iqlim seminarı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO: Kənd təsərrüfatı olmadan karbon qazının təsirlərinin azaldılması hədəfinə çatmaq mümkün olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO: Dünyada 137 milyon insan aclıq içində yaşayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












