Nazir müavini: "Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir"


Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı sektoruna tarazlıq, birlik və davamlılıq gətirən, qlobal əməkdaşlığa təkan verən platformadır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə bildirib.

"İqlim dəyişikliyinin sürətlənməsi və qlobal ərzaq təhlükəsizliyinin kəsişməsində dayandığımız üçün bu təşəbbüs vaxtında başladılıb, zəruridir, boşluqları dolduracaq. Bu, fermerlər üçün növbəti təşəbbüs deyil. Bu, iqlim və kənd təsərrüfatı təşəbbüslərinin mürəkkəb mənzərəsinə uyğunluq və aydınlıq gətirmək üçün həll yoludur", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Nazir: "Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı, qida və su təşəbbüslərini birləşdirəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Bakı Harmoniya İqlim Təşəbbüsünün hər il keçiriləcək tədbirə çevrilməsi planlaşdırılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün məqsədi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbiri keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər