Nazir: "Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı, qida və su təşəbbüslərini birləşdirəcək"
Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı, qida və su sahəsində təşəbbüsləri birləşdirən mərkəzi platforma kimi xidmət edəcək.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə bildirib.
"Təşəbbüsün məqsədləri sadə olsa da çox vacibdir. Birincisi, bu, kənd təsərrüfatı, qida və su sahəsində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma kimi xidmət edəcək, fermerlərə praktiki bilik, rəqəmsal alətlərə çıxış və dünyanın hər yerindən ən yaxşı təcrübələr və innovasiyalarla əlaqə qurmaq üçün məkan təmin edəcək. Səmərəli mərkəz yaratmaqla biz fermerləri öz təsərrüfatları və gələcəkləri üçün məlumatlı, davamlı seçimlər etməyə səlahiyyətləndiririk", - o vurğulayıb.
Onun sözlərinə görə, bu təşəbbüsün ikinci məqsədi davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməkdir: "Kənd təsərrüfatı əhəmiyyətli resurslar tələb edir. Bu təşəbbüs vasitəsilə biz bu investisiyaları mümkün qədər əlçatan və təsirli etməyə sadiqik. Biz beynəlxalq təşkilatlar, dövlət və özəl maliyyə qurumları və dünya miqyasında tərəfdaşlarla əməkdaşlıq çərçivəsində iqlim maliyyəsinə çıxış əldə etmək üçün yeni alətlər və layihələri hədəfləyirik".
Nazir qeyd edib ki, üçüncü məqsəd fermerlərin, xüsusilə qadın və gənc fermerlərin imkanlarını gücləndirməkdir: "Kənd təsərrüfatı icmalarımızı zəruri alətlər, təlim və iqlim maliyyəsi ilə təkmilləşdirməklə, Harmoniya fermerləri davamlı təcrübələri inamla qəbul etməyə təşviq edir. Azərbaycan artıq milli səviyyədə bu strategiyaların həyata keçirilməsində əhəmiyyətli addımlar atıb, lakin biz başa düşürük ki, iqlim davamlılığı ortaq çağırışdır. Qlobal tərəfdaşlarla işləyərək biz daha böyük investisiya cəlb edə, təcrübə bölüşə və kənd təsərrüfatı üçün davamlı gələcək yarada bilərik".
Oxşar xəbərlər
Nazir müavini: "Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün məqsədi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Bakı Harmoniya İqlim Təşəbbüsünün hər il keçiriləcək tədbirə çevrilməsi planlaşdırılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbiri keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












