Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib
sizinxeber.az xəbər saytı

Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib


COP29 iqlim konfransının ilk günündə tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə irəliləyişə nail olublar.

"Report"un məlumatına görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda keçirilən iqlim konfransının ikinci günündə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib.

"Bu, yaxşı başlanğıcdır, 10 ildən artıq fəaliyyətin nəticəsidir. Maddə 6 BMT-nin hansısa bürokratiyası deyil. Karbon bazarlarının işə salınması ölkələrə emissiyaları azaltmaqdan daha sürətli və daha ucuz iqlim planlarına nail olmağa kömək edəcək. Bu onillikdə emissiyaları yarıya endirmək üçün hələ çox yolumuz var. Lakin COP29-da karbon bazarlarında qələbə bizə yarışa qayıtmağa kömək edəcək. Biz inkişaf etməkdə olan ölkələrin yeni maliyyə axınlarından faydalanmasını təmin etməliyik. Nəzərdə tutulan bütün işlərin davam etdirilməsi üçün 6-cı maddə üzrə hələ çox iş görülməlidir”, - S.Stil qeyd edib.

Oxşar xəbərlər

Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: Siyasi iradənin olmaması iqlim fəaliyyətinin inkişafında əsas maneədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: Bütün BMT sistemi COP29 üçün Azərbaycana dəstəkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər