Koreyalı nazir: “Gənclər iqlim dəyişikliyinin fəsadlarından ən çox zərər görəcək”
Baxmayaraq ki, gənclər iqlim dəyişikliyinin yaranmasında məsuliyyət daşımır, onun nəticələrindən ən çox məhz onlar əziyyət çəkəcək:
“Sizinxeber.az” xəbər verir ki, bunu Cənubi Koreyanın ətraf mühit naziri Van-sup Kim COP29 çərçivəsində keçirilən “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
“Əgər bu gün iqlim fəaliyyəti barədə danışırıqsa, gənc nəsillər üzləşə biləcəkləri təhdidlər haqqında indidən məlumatlandırılmalı və onlara bu problemlərlə mübarizə bacarıqları aşılanmalıdır. Gənclər və uşaqlar iqlim dəyişikliyi mövzusunda müzakirələrin ayrılmaz hissəsi olmalıdır. Gənclər bu məsələdə mühüm rol oynayır, beynəlxalq və regional səviyyədə keçirilən müzakirələrdə yaxından iştirak edirlər”, - nazir vurğulayıb.
O qeyd edib ki, Koreya hökuməti gənclərin bu sahədə aktivliyini dəstəkləyir və onların iştirakı ilə formalaşdırılan siyasətləri təşviq edir. Bununla yanaşı, Van-sup Kim gənclərin əldə etdiyi nailiyyətlərin xüsusi qeyd edilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, nazirlik tərəfindən həyata keçirilən təşəbbüslər arasında bunlar yer alır:
- Hər beş ildən bir iqlim dəyişikliyi ilə bağlı tədbirlər planının hazırlanması;
- Uşaqlar üçün iqlim dəyişikliyi mövzusunda tədris materiallarının hazırlanması və kurikulumlara daxil edilməsi;
- Məktəblərdə mühazirələrin və təlimlərin təşkili;
- Regional səviyyədə iqlim tədbirlərinin həyata keçirilməsi.
Van-sup Kim bildirib ki, 2022-ci ildən etibarən Cənubi Koreyada 19 şəhər iqlim fəaliyyəti şəhəri elan edilib. Bundan əlavə, bəzi şəhərlərdə gənclər üçün ətraf mühitlə bağlı məlumatlandırma mərkəzləri yaradılıb.
Nazir xüsusi bir təşəbbüs olaraq iqlim dəyişikliyi mövzusunda fəal gənclərin seçilərək “iqlim səfirləri” elan edildiyini vurğulayıb. Bu gənclər Cənubi Koreyanın COP29-da nümayəndə heyətinin bir hissəsi kimi tədbirdə iştirak edirlər.
“Biz gələcək nəsillərin bu mühüm məsələlərdə söz sahibi olmasını təmin etməliyik”, - deyə Van-sup Kim qeyd edib.
Oxşar xəbərlər
UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Həsənova COP29 iştirakçılarına: Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29: Gənclər iqlim gündəliklərinin inkişafında yeni perspektivlər açır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Həsənova: İqlim dəyişikliyi üzrə gündəliyi formalaşdırmağa başlayırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












