Konqresmen: "ABŞ COP29-da qlobal ekoloji təhlükəsizliyi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlıq edir"
ABŞ qlobal enerji və ekoloji təhlükəsizliyi təmin etmək üçün birgə səyləri birləşdirmək məqsədilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
“Report” xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflüger COP29 çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ABŞ CO2 emissiyalarını 2007-ci ildən bəri enerji sektorunda 14,5 %, elektrik enerjisi sektorunda 2005-ci ildən bəri 28 % azalda bilib.
O, həmçinin qeyd edib ki, 1970-ci ildən bəri ABŞ-də atmosferə atılan çirkləndirici maddələrin miqdarı 70 % azalıb: "Əgər dünyamız və ətraf mühitimizin qeydinə qalırıqsa, biz bu istiqamətdə davam etməliyik".
Oxşar xəbərlər
Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Fatih Birol: “3 000 qiqavat “yaşıl enerji” qlobal şəbəkələrə əlavə edilməyə hazırdır”
Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"
Qırğızıstanlı nazir: "Azərbaycanın "yaşıl enerji" təşəbbüslərini dəstəkləməyə hazırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













