TRANSCO: UNEZA-nın 2030-cu ilə kimi xalis sıfır hədəfi təkcə istək deyil
Kommunal müəssisələrin sıfır tullantı alyansının (The Utilities for Net Zero Alliance - UNEZA) 2030-cu ilə kimi xalis sıfır hədəfi təkcə istək deyil, həm də vacibdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin TRANSCO () şirkətinin baş direktoru Afif Saif Al Yafe COP29 çərçivəsində təşkil olunmuş Kommunal Xidmətlər üzrə Baş İcraçı Direktorların tədbirində bildirib.
Onun sözlərinə görə, bu, konkret, həyata keçirilə bilən addımlara əsaslanır: "Biz təmiz enerjini dünyanın bütün regionları üçün əlçatan etmək üçün bu sahələrə investisiyaları prioritetləşdirməliyik. UNEZA-nın dəstəklədiyi Şəbəkələr və Saxlama öhdəliyi 2030-cu ilə qədər qlobal enerji saxlama qabiliyyətini 6 dəfə artıraraq 1 500 giqavata çatdırmağı öhdəsinə götürür. Bu, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) proqnozlarına uyğundur".
Bununla yanaşı, onun sözlərinə görə, 2030-cu ilə qədər qlobal miqyasda yaşıl infrastrukturla bağlı 25 milyon kilometrlik şəbəkə əlavə edilməsi, 2040-cı ilə qədər əlavə 65 milyon kilometrlik şəbəkənin yaradılması hədəfi iddialıdır, lakin onlar bərpa olunan enerji istehsalının milli şəbəkələrə etibarlı şəkildə inteqrasiyasını təmin etmək üçün zəruridir: "Bu fəaliyyət misli görünməmiş səviyyədə əməkdaşlıq, eləcə də sektorlar və regionlar arasında əlaqələndirilmiş fəaliyyət tələb edəcək".
Oxşar xəbərlər
IRENA: UNEZA infrastrukturu modernləşdirmək və genişləndirmək üçün unikal mövqeyə malikdir
Yüksək Səviyyəli Çempion: "Kommunal xidmətlərə investisiyalarla qlobal enerji keçidi güclənir"
Ömer Çelik: Azərbaycanda keçirilən COP29 mühüm hadisədir
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












