IRENA: UNEZA infrastrukturu modernləşdirmək və genişləndirmək üçün unikal mövqeyə malikdir
Kommunal müəssisələrin sıfır tullantı alyansı (The Utilities for Net Zero Alliance - UNEZA) infrastrukturu modernləşdirmək və genişləndirmək üçün unikal mövqeyə malikdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Camera COP29 çərçivəsində təşkil olunmuş Kommunal Xidmətlər üzrə Baş İcraçı Direktorların tədbirində bildirib.
Onun sözlərinə görə, UNEZA 2030-cu ilə qədər qarşısına iddialı hədəflər qoyub, 850 giqawat yeni bərpa olunan enerji istehsal gücü əldə etmək üçün hər il 170 milyard ABŞ dolları ayırmaq öhdəliyi götürüb.
"Rəhbərlərin görüşü UNEZA-nın 2030-cu ilə qədər yol xəritəsini həyata keçirmək, o cümlədən dayanıqlı təchizat zəncirini inkişaf etdirmək üçün strateji istiqamət verəcək. Bu gün UNEZA COP29-da qlobal enerji saxlama (depolama) və yaşıl enerji zonaları və dəhlizlərini təsdiqlədiyini elan etməyi nəzərdən keçirəcək", - deyə Baş direktor qeyd edib.
Bundan başqa, IRENA rəsmisi deyib ki, agentlik bərpa olunan enerji mənbələrinə ümumi investisiyaların 31,5 trilyon ABŞ dollarına çatması halında, 2030-cu il üçün bərpa olunan enerji və enerji səmərəliliyi məqsədləri ilə bağlı BƏƏ konsensusuna cavab vermək üçün çeviklik, səmərəlilik və qənaətə ehtiyac olduğunu təxmin edir: "Ümumi vəziyyət regional olaraq dəyişir, bəzi ərazilər digərlərinə nisbətən daha ciddi sıxıntı yaşayır, belə regionlarda xüsusi strategiya zəruridir. İRENA UNEZA-nı təkcə qlobal əməkdaşlıq platforması kimi deyil, həm də məqsədyönlü regional həllərin vasitəçisi kimi nəzərdə tutur".
Oxşar xəbərlər
IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
IRENA: Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
IRENA-nın baş direktoru: "APRECA proqramı region ölkələrinə böyük fürsət təqdim edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Asiyanın bərpa olunan enerji layihələri üçün investisiya forumu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












