Kamran Əliyev: COP29-a ev sahibliyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir
sizinxeber.az xəbər saytı

Kamran Əliyev: COP29-a ev sahibliyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir


"Bu tədbir iqlim fəaliyyətinə dair mühüm məsələləri müzakirə etmək və biomüxtəlifliyin qorunması, ekoloji cinayətlərə qarşı mübarizə, karbon emissiyalarının azaldılması üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkənin yaşıl enerji təşəbbüslərinə və ətraf mühitin mühafizəsinə bağlılığını nümayiş etdirir. COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir"

APA xəbər verir ki, bunu Baş Prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
Kamran Əliyev, həmçinin, çıxışında Birləşmiş Ərən Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyana konfransın həmsədri kimi göstərdiyi liderliyi və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekoloji cinayətlərə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndirib.

Oxşar xəbərlər

Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqlayıb
Nazir müavini: COP29-da Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri təqdim olunacaq
Kamran Əliyev BƏƏ Baş prokurorunun müavini ilə görüşüb
Kamran Əliyev İƏT baş katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər