Azərbaycan OPEC Fondunun prezidentilə "yaşıl enerji” keçidini müzakirə edib
COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə ölkənin "yaşıl enerji” keçidi planlarını müzakirə edib.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Fondun "X" sosial şəbəkəsindəki hesabında bildirilir.
Məlumata görə, tərəflər həmçinin "Azərbaycan 2030" sosial-iqtisadi inkişafa dair milli strategiyanın həyata keçirilməsində OPEC Fondunun rolunu nəzərdən keçirib.
"Əl-Xəlifə Fondun iqlim təşəbbüslərinin təşviqinə sadiqliyini təsdiqləyib, COP29 sədrliyinə davamlı layihə və təşəbbüslərin inkişafındakı səylərinə görə təşəkkürünü bildirib. Müzakirələrin nəticəsi olaraq tərəflər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və Azərbaycanın iqlim siyasətini dəstəkləmək üçün birgə işi davam etdirməyi razılaşdırıblar", - deyə paylaşımda qeyd olunub.
Lalə Minasazova
Oxşar xəbərlər
Muxtar Babayev: "İtki və Zərərə Cavab Fondunun fəaliyyəti üçün mühüm işlər görülüb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailand COP29-da ədalətli enerji keçidini, İtki və Zərər Fondunun fəaliyyətini dəstəkləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Millətlər Birliyinin nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












