Dünya Bankının rəsmisi: "Dövlətlər iqlimlə bağlı maliyyəni tək özəl sektorun üzərinə atmamalıdır"
Dövlətlər iqlimlə bağlı maliyyəni tək özəl sektorun üzərinə atmamalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, iqlim məqsədlərinə nail olmaq həm özəl, həm də dövlət sektorunun töhfələrini tələb edir: "Ancaq biz tez-tez görürük ki, dövlət sektoru “pulumuz yoxdur, özəl sektor bizə dəstək olsun” kimi yanaşmaya əl atırlar. Bu yanaşma doğru deyil. Dövlət sektoru daha realist olmalıdır. Hazırda dövlət sektoru iqlim əleyhinə fəaliyyətləri subsidiyalaşdırmaq üçün ildə 1,25 trilyon ABŞ dolları xərcləyir. Bu məbləğ qalıq yanacaq subsidiyaları, kənd təsərrüfatı və balıqçılıq subsidiyaları kimi sahələrə gedir. Beləliklə, iqlimlə bağlı maliyyə mənfi istiqamətə yönəlir. Biz bu subsidiyaları yenidən strukturlaşdırmalıyıq və daha diqqətlə düşünməliyik".
Oxşar xəbərlər
Yurgen Voegele: "Dünya Bankı fəaliyyətinin 45 %-ni iqlimlə bağlı məsələlərə yönəldir"
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir
ABA: Sektor aşağı karbonlu iqtisadiyyata keçidi dəstəkləməyə tam sadiqdir
Almaniyalı nazir: "Yaşıl keçid" üçün özəl kapital həyati əhəmiyyət kəsb edir"
Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












