İtaliyanın Baş naziri: İqlim maliyyələşdirilməsi məsələsində məsuliyyətin ədalətli bölüşdürülməsinin tərəfdarıyıq
İtaliya iqlim maliyyələşdirilməsi məsələsində inkişaf etmiş və sürətlə inkişaf edən iqtisadiyyatlar arasında məsuliyyətin ədalətli bölüşdürülməsinin tərəfdarıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.
"Biz COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi ilə bağlı yeni hədəfin qəbul edilməsi üzərində işləyəcəyik. Biz kompromisə nail olmalıyıq. Bunun üçün inkişaf etmiş və sürətlə inkişaf edən iqtisadiyyatlar arasında məsuliyyəti ədalətli bölüşdürmək, fikir ayrılıqlarını aradan qaldırmaq lazımdır. İtaliya öz tərəfindən mümkün olan hər şeyi etməyə davam edəcək", - o bildirib.
Baş nazir məmnunluqla vurğulayıb ki, Azərbaycan COP29-un sədri kimi "Sülh üçün iqlim" təşəbbüsü üzərində işləyir. "Hər COP-da olduğu kimi, bunun uğurlu və ya uğursuz olacağını məhz biz müəyyən edirik. Vilyam Ceymsin dediyi kimi, gəlin elə hərəkət edək ki, bu, həqiqətən də vəziyyəti dəyişsin", - o C.Meloni qeyd edib.
Oxşar xəbərlər
COP29: “ActionAid” iştirakçıları iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərin ədalətli bölüşdürülməsinə çağırış edib
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
Maldiv Prezidenti: COP29-da nəticələr əldə etməliyik
Françesko Korvaro: İtaliya inkişaf etməkdə olan ölkələri iqlimə uyğunlaşma məsələlərində dəstəkləməyə sadiqdir
Françesko Korvaro: İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













