Françesko Korvaro: İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürür
sizinxeber.az xəbər saytı

Françesko Korvaro: İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürür


COP29-dan əvvəl Bakıda keçirilən görüş başa çatıb. Bu görüş noyabr ayında keçiriləcək iqlim konfransına gedən yolda mühüm bir mərhələni qeyd edib. Müzakirənin əsas mövzuları uyğunlaşma, təsirlərin azaldılması, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Paris Sazişinin 6-cı Maddəsi olub.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirilən Pre-COP29-un yekunlarına dair sosial şəbəkələrdə yazıb.

"Müzakirələr intensiv idi. Bu, məsələlərin kritik əhəmiyyətini əks etdirirdi. Mövzuların həssaslığına baxmayaraq, iştirakçılar arasında iqlim siyasətinə inamı və dayanıqlılığı artırmaq üçün konsensusa nail olmağın vacibliyi daha da vurğulanır”, - F.Korvaro vurğulayıb.

O qeyd edib ki, İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürüb: “Azərbaycan sədrliyi dörd əsas prioritetə əlavə olaraq beşinci prioritet - şəffaflıq üzərində diqqətini cəmləyib. Azərbaycan inkişaf etməkdə olan dövlətləri təmsil edən Qazaxıstanla yanaşı İtaliyanı bununla bağlı ölkə təyin edib. Bu təyinat İtaliya üçün tarixi bir fürsətdir. Ölkənin ədalətli və praqmatik keçidə sadiqliyinin beynəlxalq tanınmasını vurğulayır".

"İtaliyanın dünya səhnəsindəki rolunu gücləndirmək və iqlim dəyişikliyinə qarşı effektiv tədbirləri birgə irəli aparmaq üçün bu fürsətdən istifadə etmək son dərəcə vacibdir. İtaliya Avropanın və dünyanın ən böyük iqtisadiyyatlarından biri olaraq, davamlı inkişaf və aşağı karbonlu gələcəyə keçid sahəsində lider olmaq üçün əhəmiyyətli potensiala və resurslara malikdir", - F.Karvaro bildirib.

Oxşar xəbərlər

Françesko Korvaro: İtaliya inkişaf etməkdə olan ölkələri iqlimə uyğunlaşma məsələlərində dəstəkləməyə sadiqdir
Françesko Korvaro: Dünya dövlətləri iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalıdır
Françesko Korvaro: COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir
Françesko Korvaro: Afrikada deqradasiyanın aradan qaldırılması istiqamətində addım atılmalıdır
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle