COP29-da müstəmləkəçi dövlətlərin əsarətdə saxladıqları ərazilərdəki ekoloji cinayətlərinə etiraz edilib
Müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladıqları ərazilərdə təbiətə vurduqları ziyanın miqyasının müəyyənləşdirilməsi və törədilən ekoloji cinayətlərə son qoyulması tələb edilib.
"Report" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən COP29 çərçivəsində keçirilən “Eco-colonialism: The Environmental Legacy of Colonial and Neo-colonial Explotation” adlı müzakirədə bildirilib.
Tədbirdə Fransa və Niderlandın müstəmləkə hakimiyyəti altında olan xalqların nümayəndələri ölkələrindəki cari vəziyətdən ətraflı bəhs ediblər.
Həmçinin müstəmləkə ərazilərində kolonialist güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarına, meşələrin qırılmasına torpaqların çirklənməsinə, o cümlədən, Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının hələ də qalmasına və təsirə uğramış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsinə sərt etiraz bildirilib.
Bundan başqa, Qvadelupda xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi zərərlər, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması müzakirə olunub.
Spikerlər Dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin daha fəsadlı olmasını kolonializmlə əlaqələndirərək Fransa və Niderlanddan yerli xalqların tələblərini yerinə yetirməyi tələb ediblər.
Oxşar xəbərlər
Beynəlxalq ekspert: Kaloniyalarda hərbi güc tətbiqinin iqtisadi və ekoloji təsirləri davam edir
Beynəlxalq ekspert: Koloniyalarda hərbi güc tətbiqinin iqtisadi və ekoloji təsirləri davam edir
Beynəlxalq ekspert: Kiçik ölkələrin ətraf mühiti böyük dövlətlər tərəfindən çirkləndirilir
Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb
BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













