Beynəlxalq ekspert: Kiçik ölkələrin ətraf mühiti böyük dövlətlər tərəfindən çirkləndirilir
Təəssüflər olsun ki, kiçik ölkələrin ətraf mühiti onların ərazisi üzərində hakimiyyətini bərqərar etmiş böyük dövlətlər tərəfindən çirkləndirilir.
"Report" xəbər verir ki, bunu BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin Bakı Təşəbbüs Qrupu tərəfindən COP29 çərçivəsində keçirilən “Eco-colonialism: The Environmental Legacy of Colonial and Neo-colonial Explotation” adlı müzakirədə deyib.
Onun sözlərinə görə, kolonializmdən əziyyət çəkən ölkələrin siyasi özünüidarəetməsi olmadığından daha böyük dövlətlər tərəfindən istismar edilirlər:
"Kiçik ölkələr öz daxili işlərini idarə edə bilmirlər, böyük ölkələrin diktəsinə məruz qalırlar. Bu, özünü iqtisadiyyatın məhv edilməsi, ətraf mühitin zəhərlənməsində göstərir".
Oxşar xəbərlər
COP29-da müstəmləkəçi dövlətlərin əsarətdə saxladıqları ərazilərdəki ekoloji cinayətlərinə etiraz edilib
Karlayl Korbin: Fransa Polineziyadakı nüvə sınaqlarına görə kompensasiya verməlidir
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son bir il ərzində 16 beynəlxalq tədbir təşkil edib
Braziliya Prezidenti: İqlim dəyişikliyinə görə əsas məsuliyyət inkişaf etmiş ölkələrin üzərinə düşür
Samoanın BMT yanında daimi nümayəndəsi: COP29 planetin gələcəyini xilas etmək üçün bir şansdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













