Patrisiya Kombo: COP29-da iqlimlə mübarizə üçün vəsaitlərin səfərbər edilməsinə ümid edirik
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrikadan olan nümayəndələr maliyyə vəsaitlərinin səfərbər edilməsi məsələlərinə əsas diqqət yetirəcəklər.
“Report” xəbər verir ki, bunu iqlim konfransının üçüncü günündə keniyalı gənc iqlim dəyişikliyi fəalı Patrisiya Kombo jurnalistlərə bildirib.
"İnkişaf etməkdə olan ölkələrin sakinləri üçün bu, təkcə iqtisadi məsələ deyil, həm də dərin dəyərlərə əsaslanan məsələdir. Çünki biz icmalarımızla sıx əlaqədəyik. İtki və zərərin nə demək olduğunu daha yaxşı başa düşürük, axı biz bunu yerlərdə görürük", - P.Kombo vurğulayıb.
Onun sözlərinə görə, Afrika ölkələrinin əsas vəzifəsi vəsaitləri səfərbər etməkdir: “Burada məqsəd ən həssas icmaların dəstəklənməsi üçün qrantların yönəldilməsidir”.
"Biz ən həssas əhali təbəqələrinə yönəlmiş layihələrin səmərəli şəkildə həyata keçirilməsini və insanlara real fayda verməsini istəyirik. Bundan əlavə, biz icmalarımızın rifahına və yaşayış vasitələrinin təmin edilməsinə yönəldiləcək iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) qəbul edilməsinə çalışırıq", - P.Kombo vurğulayıb.
Oxşar xəbərlər
Panafrikan Alyansı: Region ölkələrinə iqlim öhdəliklərini yerinə yetirmək üçün 3 trilyon dollar lazımdır
Kameruna Dəstək, Yerli İnkişaf və Ətraf Mühit Assosiasiyası COP29-dan gözləntisini açıqlayıb
Nazir: İtki və Zərərə Cavab Fondu ölkələrə kömək üçün əsas vasitə olacaq
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər
BMT-nin ali komissarı: İqlim dəyişikliyi ən həssas əhali qrupları üçün sərt reallığa çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













