BMT-nin ali komissarı: İqlim dəyişikliyi ən həssas əhali qrupları üçün sərt reallığa çevrilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məruzəsi təqdim edilib.
“Sizinxeber.az” xəbər verir ki, məruzədə qaçqınların iqlim dəyişikliyi ilə bağlı məsələlərdə ən həssas qruplardan biri olduğu vurğulanır.
BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Bakıda hesabatın təqdimatında giriş nitqi ilə çıxış edib.
Ali komissar qeyd edib ki, iqlim dəyişikliyi ən həssas əhali qruplarının həyatına mənfi təsir göstərən sərt reallığa çevrilib.
Onun fikrincə, iqlim böhranı insanların münaqişələr səbəbindən çətin vəziyyətdə olan çoxlu sayda insanın yaşadığı regionlara köçməsinə gətirib çıxarır.
"İqlim həlləri artıq mövcuddur, lakin bizim təcili tədbirlərə ehtiyacımız var. Lazımi resurslar və dəstək olmadan zərərçəkənlər daha çətin vəziyyətə düşə bilərlər", - F.Qrandi bildirib.
Oxşar xəbərlər
Dövlətlər iqlim dəyişikliyinin mənfi təsirinin qarşısının alınmasına görə məsuliyyət götürməlidir
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq
Leyla Cabbarlı: “Fermerlər iqlim dəyişikliyinə ən həssas kateqoriyadır”
Şavkat Mirziyoyev: İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran əsas qlobal çağırışdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













