Qazaxıstan və Finlandiya prezidentləri Bakıda COP29 çərçivəsində danışıqlar aparıblar
Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində Finlandiya Prezidenti Aleksandr Stubb ilə danışıqlar aparıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
O vurğulayıb ki, Finlandiya Şimali Avropa regionunda və bütövlükdə Avropa İttifaqında Qazaxıstanın etibarlı tərəfdaşıdır.
Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələrin, o cümlədən ticari-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiq ediblər.
Bundan əlavə, beynəlxalq və regional gündəliyin aktual məsələləri, çoxtərəfli birliklər çərçivəsində qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı səfərlər məsələsini müzakirə ediblər.
K.Tokayev qeyd edib ki, o, Finlandiyaya dövlət səfəri edəcək.
Oxşar xəbərlər
Tokayev: Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq
Kasım-Jomart Tokayev COP29-un keçirilməsində İlham Əliyevə uğurlar arzulayıb
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
