Küveyt Dövlətinin Vəliəhdi Azərbaycana səfərə gəlib
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.
"Sizinxeber.az" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, ötən ay Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov iki ölkə arasında təhsil, ədliyyə, kənd təsərrüfatı, mədəniyyət və idman kimi sahələrdə əməkdaşlığa dair müqavilələrin bağlanılmasının gözlənildiyini bildirmişdi.
Bundan başqa, sentyabrda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdi.
Oxşar xəbərlər
İordaniya Krallığının vəliəhdi Azərbaycana səfərə gəlib
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib
Lukaşenko Azərbaycana səfərə gəlib
Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
