Bahçeşehir Universitetinin rektoru: İqlim dəyişmələrinə qarşı mübarizədə ictimaiyyəti də maarifləndirməyə çalışırıq
Universitetlər gələcək nəslin iqlim fəaliyyətinə münasibətini, yanaşmasını dəyişdirməkdə və təhsil müəssisələrini ruhlandırmaqda həlledici rol oynayır.
Sizinxeber.az xəbər veriri ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü panel müzakirəsində Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu bildirib.
“Biz təkcə gənc nəsli öyrətmək üçün deyil, həm də onları ruhlandırmaq, iqlim dəyişikliyi, ekoloji problemlərin fəal tərəfdarları, müdafiəçiləri olmaq, onlara güc vermək üçün buradayıq. Ona görə də ali təhsil müəssisələri olaraq nə edə biləcəyimizi sadalamağa çalışacağam. Çox vacib olan ilk şey anlayış yaratmaqdır. Biz davamlılıq savadlılığına həqiqətən böyük əhəmiyyət veririk. Bu, təkcə tələbələrimiz üçün deyil. Biz kampusdan kənara da çıxırıq, ictimaiyyəti maarifləndirməyə çalışırıq“, - deyə Esra Hatipoğlu əlavə edib.
Oxşar xəbərlər
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Saymon Stil: Hər kəsi iqlim dəyişikliyi probleminin həllinə cəlb etməliyik
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Nazir: İqlim dəyişikliyinin yaratdığı planetar problemlərin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













