Nazir: İqlim dəyişikliyinin yaratdığı planetar problemlərin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik
"Tuvalu dövləti olaraq iqlim dəyişikliyi probleminin və onun yaratdığı planetar problemlərin qarşısını almaq üçün digər tərəflərlə səyləri davam etdirəcəyik"
Bunu Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Vakafua Taila Sizinxeber.az-ya açıqlamasında bildirib.
O deyib ki, iştirakçı ölkələrin bu istiqamətdəki addımları planetin sağlam gələcəyinin təminatı üçün vacib önəm daşıyır:
"Dövlətimiz və hökumətimiz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyasından çox şey gözləyir. Tuvalu dövləti olaraq iqlim dəyişikliyi probleminin və onun yaratdığı planetar problemlərin qarşısını almaq üçün digər tərəflərlə səyləri davam etdirəcəyik. Hesab edirik ki, bu tədbir bir çox aktual məsələlərin müzakirəsi baxımından tarixə düşəcək. Hesab edirəm ki, konfransın sonunda tərəflərin yekun razılaşmanı əldə edib-etməyəcəyi barədə fikir söyləmək çox çətindir. Lakin biz inanırıq ki, iştirakçı ölkələr bu məsələdə razılığa gəlmək üçün kifayət qədər səylər göstərə biləcək. Bu, planetimizin gələcəyi üçün olduqca mühüm məsələdir".
Oxşar xəbərlər
İtaliyalı xüsusi elçi: Ölkəmizi COP29-da Baş nazir Meloni təmsil edəcək
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir
Saymon Stil: Hər kəsi iqlim dəyişikliyi probleminin həllinə cəlb etməliyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
