Hale Aydoğmuş: COP29-da əhəmiyyətli qərarlar qəbul ediləcək
sizinxeber.az xəbər saytı

Hale Aydoğmuş: COP29-da əhəmiyyətli qərarlar qəbul ediləcək


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iqlim sammitləri hər il bütün dünyanın diqqətini cəlb edən mühüm tədbir olub. Bu il Azərbaycan COP29-a ev sahibliyi edir.

"Report" xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinin ekoloji xəbərlər şöbəsinin rəhbəri Hale Aydoğmuş jurnalistlər üçün "COP29 və dayanıqlı media təcrübələri" mövzusunda keçirilən təlimdə bildirib.

H.Aydoğmuş xatırladıb ki, iki həftəlik sammit çərçivəsində Bakıda dünyanın hər yerindən alimlər və iqlim ekspertləri iqlim gündəliyinin vacib məsələlərini müzakirə etmək üçün toplaşacaqlar:

"Bu, qlobal miqyasda çox mühüm tədbirdir. COP29-da qəbul ediləcək qərarlar iqlim dəyişikliyi ilə mübarizədə əsas olacaq. Bu baxımdan jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Onlar baş verən prosesləri və qəbul edilən qərarları geniş işıqlandırmalıdırlar".

Onun sözlərinə görə, media nümayəndələri üçün təlimlər böyük əhəmiyyət kəsb edir, çünki iqlim jurnalistikası bu sahədə geniş biliklər tələb edir.

"COP29 sammitinin əhəmiyyətini nəzərə alaraq, onu təkcə bütün terminologiya və cari proseslərlə tanış olan iqlim mövzusunda ixtisaslaşmış jurnalistlər deyil, digərləri də işıqlandırır. Bugünkü təlim media nümayəndələrinin biliklərini artırmağa kömək edəcək", - o qeyd edib.

H.Aydoğmuş xatırladıb ki, BMT Çərçivə Konvensiyasının sammitləri hər il keçirilir və bu da jurnalistlərin bu sahədə biliklərinin genişləndirilməsini zəruri edir.

Oxşar xəbərlər

Peter Mixalko: "COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təşkilat Komitəsi: COP29-da qəbul olunan qərarlar bütün sahələri əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Economyfirst Limited London”: COP29 mətbuatda geniş işıqlandırılmalı olan mühüm hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər