Ramid Namazov: COP29-a ev sahibliyi edən Azərbaycana qarşı hibrid hücumların əsası yoxdur
sizinxeber.az xəbər saytı

Ramid Namazov: COP29-a ev sahibliyi edən Azərbaycana qarşı hibrid hücumların əsası yoxdur


1995-ci ildən indiyə qədər COP tədbirlərinə rəhbərlik edən ölkələrin bir neçəsini çıxmaqla, digərləri qalıq yanacaq adlandırılan kömür və təbii qaz istehsalçılarıdırlar.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbəri Ramid Namazov deyib.

O qeyd edib ki, COP29-a ev sahibliyi edən Azərbaycana qarşı bu tipli hibrid hücumların əsası yoxdur:

“Ölkəmiz gələn ay COP29-a ev sahibliyi edəcək. Bu, ən mötəbər tədbir hesab edildiyindən vaxt yaxınlaşdıqca mediada Azərbaycana qarşı qarayaxma kampaniyaları da başlayıb. Azərbaycana qarşı olan qüvvələr COP29-un Təşkilat Komitəsində qadınların sayının az olması, söz və insan hüquq və azadlıqlarının pozulması, sülh müqaviləsinin olmaması, ölkəmizin neft və qaz istehsalçısı olması haqqında bəhanə və müxtəlif iddialarla təyziq göstərməyə çalışdılar. Azərbaycana qarşı bu cür hibrid hücumlar qəbuledilməzdir”.

Oxşar xəbərlər

Parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramid Namazov dövlətə qarşı saxta ittihamlara "The Economist"də cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də helikopter qəzası nəticəsində bir neçə nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər