Ramid Namazov dövlətə qarşı saxta ittihamlara "The Economist"də cavab verib
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə, özünə indiyə qədər olduğundan daha çox beynəlxalq diqqət cəlb edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Ramid Namazov "The Economist" jurnalında dövlətə qarşı saxta ittihamlara cavab verərkən deyib.
O qeyd edib ki, Azərbaycanın belə nəhəng bir tədbirdən əvvəl infrastrukturunu yeniləməsinin bir növ "Potemkin kəndi"nə bənzədilməsi gülüncdür.
"Əlbəttə ki, indiyə qədər COP sammitinə ev sahibliyi edən hər bir ölkə məhz eyni şeyi edib", - deputat bildirib.
"Bizim COP29-a ev sahibliyi etməyimiz planlaşdırılmamışdı. Bu, bizim təklifimizə veto qoyacağını açıq şəkildə elan etmiş Ermənistanla görünməmiş ikitərəfli sülh danışıqlarının gözlənilməz nəticəsi idi. Buna görə də biz Olimpiya atəşkəslərinə əsaslanan COP atəşkəsi çağırışı edirik. Dünyada baş verənləri nəzərə alsaq, bu, iddialı görünə bilər, lakin COP-a ev sahibliyimiz çoxlarının mümkün hesab etmədiyi bir razılaşma nəticəsində baş verdiyi üçün cəhd etməməyimiz düzgün olmazdı", - R.Namazov vurğulayıb.
Deputatın fikrincə, "The Economist" oxucuları bilməlidirlər ki, COP29-da söz və ifadə azadlığı təşviq ediləcək və tam şəkildə nümayiş etdiriləcək. Bu ruhda olmayan heç bir razılaşma bu ada layiq ola bilməz.
Oxşar xəbərlər
Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“The National”: Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?













