Avropa komissarı: Azərbaycanda COP29-u səbirsizliklə gözləyirəm, qarşıda bizi çox iş gözləyir
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Dubayda COP28-də əldə edilən nəticələrin davamlılığının və inkişafının təmin edilməsində mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu iqlim məsələləri üzrə Avropa komissarı Vopke Hukstra ADA Universitetində keçirilən "Qlobal Perspektivlər" adlı mühazirələrdə deyib.
Avropa komissarı qeyd edib ki, ötən il Dubayda keçirilən iqlim konfransı uğurlu olub: “Ötən ilki konfrans onunla əlamətdar oldu ki, bir çox məsələlər üzrə razılıq əldə edə bildik. COP29 xüsusilə vacibdir. Çünki biz bu sazişlərin nə dərəcədə effektiv işlədiyini qiymətləndirməliyik. İqlim dəyişikliyi kimi mühüm qlobal problemi həll etmək üçün həmrəylik ruhunda birgə işləməyə davam edə biləcəyimizi anlamaq vacibdir”.
V.Hukstra dünya iqlim konfransına hazırlıqdan danışarkən Pre-COP29-u yada salıb: “Hesab edirəm ki, Pre-COP29 real danışıqlara hazırlıq üçün əla platforma olub. Konfransın özünü səbirsizliklə gözləyirəm ki, orada iştirak edim. Qarşıda bizi çox iş gözləyir”.
Oxşar xəbərlər
Avropa komissarı Vopke Hukstra Bakıda keçiriləcək PreCOP iclasında iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vopke Hukstra: İstənilən iqlim fəaliyyəti elmdən başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












