Aİ səfiri: Təmiz enerjiyə keçiddə dünyanın tərəqqisini sürətləndirməliyik
sizinxeber.az xəbər saytı

Aİ səfiri: Təmiz enerjiyə keçiddə dünyanın tərəqqisini sürətləndirməliyik


“2023-cü ilin mart ayında biz Paris Sazişində müəyyən edilmiş iqlim hədəfinə çatmaq vizyonu ilə yola başladıq”.

Sizinxeber.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, bu vizyon 2030-cu ilə qədər enerji səmərəliliyini iki dəfə artırmaq kimi konkret qlobal məqsədə daxil edilib: “COP28-də dünya bu iddialı hədəflərin arxasında birləşdi. COP28 ruhunu canlı saxlamaq və BƏƏ-dəki konsensusa nail olmaq üçün biz təmiz enerji keçidində dünyanın tərəqqisini sürətləndirməliyik. Biz təmiz enerji texnologiyalarının inkişafı üçün əlverişli şərait yaratmalıyıq. Bu, bərpa olunan enerji layihələri üçün icazə prosedurların sürətləndirilməsi və şəbəkələrimizdə bərpa olunan enerjinin daha çox mənimsənilməsi üçün şərait yaradılması deməkdir. Təmiz enerjiyə keçid, xüsusən də əlverişli kapitalın az olduğu regionlarda böyük investisiyalar tələb edəcək. Dövlət maliyyəsi mühüm rol oynayacaq, lakin biz özəl kapitalı da səfərbər etməliyik”.

Oxşar xəbərlər

COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ rəsmisi: COP Sədrlikləri Üçlüyü çalışır ki, COP28-də əldə olunan konsensus icra edilsin [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər