BMT-nin Baş katibinin müavini: COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın
sizinxeber.az xəbər saytı

BMT-nin Baş katibinin müavini: COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın


"COP29 çərçivəsində razılaşmalara dair keçirilən bu tədbirlər çox mühümdür. Biz gərək səylərimizi əsirgəməyək".

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) BMT-nin Baş katibinin müavini Amina Mohammed deyib.

O bildirib ki, temperaturun 1,5 dərəcədən çox artmasına imkan verməməliyik: “Biz düzgün istiqamətdə addımlayırıq. Paris sazişinin imzalanması ilə biz 4 dərəcə ilə razılaşmışdıq, amma keçən il Duabyda 1,5 dərəcə ilə razılaşdıq. Mədən enerjisindən keçid bu dövrdə çox mühümdür. Beynəlxalq maliyyə institutlarının və inkişaf etməkdə olan dövlətlərin səsini ucaltmalıyıq. Bu gün böyük maliyyə boşluğu var. COP29 iddiaları və öhdəlikləri real nəticələri çevirməlidir. Uğur mütləq olmalıdır ki, biz temıeratur artımını 1,5 dərəcədə saxlaya bilək. Yeni mqəsədlər iqlim maliyyəsinə yeni baxışı fprmalaşdırmağa imkan verir. İnkişaf edən ölkələrin üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək edəcək. Yrni maloyyə mənbələri tapılmalıdır. Bütün tərəflərin vahid nətocəyə gəlmək niyyətini görürəm. İndo vaxt Paris sazişinin müddəalarının tətbiqnə çatıb. Bizom karbon bazarlarına ehtiyacımız var. Qaydalar hamı üçün eyni olmalıdır. Bütün sektorlar emissiualarını azaltmalıdır. Ölkələr mədən yamacağından ədalətli keçidi təmin etməlidirlər. Düşünürük ki, COP29 iddiaların uzıaşmasını ifadə etməli, konkret nətocələri ortaya qoymalıdır. Qlibal iddialar siyasi iradəsiz mənasızdır. Biz noyabrda COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın. BMT hər cür dəstəyə hazırdır”.

Oxşar xəbərlər

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə Azərbaycanın COP29 sədrliyinin prioritetlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Pre-COP29 tədbiri başlayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Qazaxıstan COP29 tədbirində fəal iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər