Bakıda "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda müzakirələr aparılıb
sizinxeber.az xəbər saytı

Bakıda "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda müzakirələr aparılıb


ADA Universitetində Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" adlı sessiyada "İqlim dəyişikliyi üzrə Azərbaycan universitetləri şəbəkəsi" adlı müzakirə baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, sessiyada ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, "British Council"ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Kembric Universitetinin Strategiya direktoru Stefan Davidson və Bakı İqlim Fəaliyyəti Həftəsinin kuratoru, səfir Malini Mehra, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər qonaqlar iştirak edib.

Müzakirələr zamanı universitetlərin iqlim problemləri ilə bağlı fəaliyyətdə şəbəkələşməsi, birgə, qarşılıqlı işin qurulması, iqlim dəyişiklikləri ilə əlaqədar gənclərin və uşaqların maarifləndirilməsinin önə çəkilməsi istiqamətində təkliflər səsləndirilib.

Sessiya iştirakçıları beynəlxalq ali təhsil ocaqlarının bu sahədə təcrübələrini diqqətə çatdırıb, mövcud addımların Azərbaycanda tədbiq edilə biləcəyini vurğulayıblar.

Oxşar xəbərlər

Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı universitetlərin xüsusi şəbəkəsi yaradılacaq
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
Nazir: "Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi vacibdir
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər