Nazir: "Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi vacibdir
"Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi, öyrədilməsi vacibdir.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, UNİCEF-in 2023-cü il hesabatına əsasən, iqlim fəlakətləri 40 milyon uşağın təhsilinə mənfi təsir göstərir.
Nazir vurğulayıb ki, Paris sazişinin öhdəliklərinin yerinə yetirilməsi, iqlimlə bağlı vədlərin yerinə yetirilməsi vacibdir:
"Yaxşı nəticə əldə etmək üçün iqlim maliyyələşdirilməsi gücləndirilməlidir. Bu o deməkdir ki, daha yüksək səviyyədə fəaliyyət planı icra edilməli, yekunda şəffaflıq hesabatı təqdim olunmalıdır. Bu məsələdə universitetlərin birgə fəaliyyəti də önəmlidir.
"Yaşıl" təhsil sisteminin aşağı siniflərdən tədrisi, öyrədilməsi vacibdir. Hesabata əsasən, iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarda informasiya ala bilmirlər. Ona görə bu sahədə fəaliyyətin gücləndirilməsi vacibdir".
Nazir bu gün gənclərin iqlim maarifləndirilməsi ilə bağlı fəaliyyətində özlərini doğrultduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
UNICEF rəsmisi: İqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür
UNICEF təmsilçisi: Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır
Nigar Arpadarai: “Yaşıl kapital"ın qlobal axını təmin edilməlidir"
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













