Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Böyük Britaniya hökumətindən yüksək səviyyəli böyük nümayəndə heyətinin, eləcə də Britaniya biznesinin və vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələrinin iştirakını gözləyirik.
Bunu "Report"a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin COP29 şöbəsinin rəhbəri Nik Beyker (Nick Baker) deyib.
Onun sözlərinə görə, Britaniya cəmiyyətində Azərbaycanla iqlim və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa böyük maraq var.
N.Beyker qeyd edib ki, 2023-cü ilin dekabrında Azərbaycanın COP29-un ev sahibi seçilməsindən sonra iki ölkə arasında əməkdaşlıq xeyli güclənib: “COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kral III Çarlz tərəfindən qəbul edilib. Britaniyanın yeni hökumətinin üzvləri ilə görüş keçirib. Bakıya, həmçinin konfransın ovaxtkı prezidenti Alok Şarma da daxil olmaqla Britaniyanın COP26 komandasının nümayəndələri səfər edib”.
“Londonda İqlim Fəaliyyəti Həftəsi iqlim təşəbbüsləri sahəsində əsas hadisələrdən biridir. COP29 komandası qarşıdan gələn noyabr sammitinin prioritetlərini qlobal iqlim auditoriyasına təqdim etmək üçün bu platformadan istifadə edib. London İqlim Həftəsinin təşkilatçılarından biri 30 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcək ilk Bakı İqlim Fəaliyyəti Həftəsinin hazırlanmasında iştirak edir”, - o vurğulayıb.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Muxtar Babayev Avstraliya səfiri ilə COP29-a hazırlığı müzakirə edib
Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
