Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
sen
2024
11:00

Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq

07 sen, 2024
11:00
858

Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq

Rusiya nümayəndə heyəti noyabrda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacaq.

"Sizinxeber.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici İşlər Nazirliyinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Kononuçenko deyib.

Onun sözlərinə görə, artıq iqlim müzakirələrini özlərinə sərfəli istiqamətə yönəltməyə çalışan Qərb ölkələri, şübhəsiz ki, gələcək konfransın gündəmini ələ keçirməyə çalışacaqlar: “Təbii ki, biz bu konfransın qərarlarının ölçülüb-biçilmiş olmasını təmin etmək üçün bütün səylərimizi göstərəcəyik”.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 198 iştirakçı (197 ölkə və Avropa İttifaqı) daxildir.

Bizimlə əlaqə saxlayın