UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası bu ilin noyabr ayının 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesinin gedişatını qiymətləndirmək məqsədilə sentyabrın 6-dan 9-dək ölkəmizdə səfərdədir.
Bu haqda "Sizinxeber.az"a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib.
Səfərin ilk günü missiyanın rəhbəri UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Wasim Mir COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşüb.
Görüşdə tərəflər mötəbər tədbirə hazırlıq çərçivəsində bir sıra intensiv əməliyyat proseslərinin statusu, tədbir məkanının müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və digər təşkilati məsələləri müzakirə ediblər.
Eyni zamanda, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon COP29 ƏŞ-nin müvafiq nümayəndələri ilə görüşərək konfransın təhlükəsizlik məsələlərinin təmin edilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıb. Daha sonra missiya üzvləri geniş tərkibdə tədbirin keçiriləcəyi məkan Bakı Stadionuna baş çəkiblər. Burada onlar tamamlanmış və inşası davam edən tikinti və əməliyyat prosesləri ilə əyani tanış olublar.
Səfərinin ik günündə nümayəndə heyəti həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün təşkil olunmuş brifinqə də qatılıblar.
Qeyd edək ki, üç günlük səfər çərçivəsində hazırlıq prosesinin bütün istiqamətlərinin əhatə olunması üçün müvafiq missiya nümayəndələrinin tədbir məkanında COP29 Azərbaycan ƏŞ-nin aidiyyati struktur rəhbərləri və müxtəlif dövlət qurumları ilə görüşləri davam etdiriləcək. Bununla yanaşı, konfransa qatılacaq çoxsaylı nümayəndələr üçün şəhərdə yaradılan qonaqlama, qidalanma və nəqliyyat imkanlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məkanlarının ziyarət edilməsi də planlaşdırılıb. Belə ki, texniki missiya nümayəndələrinin paytaxtdaki otel və rezidensiyalara baş çəkərək yaradılan şərait və imkanların müvafiq tələblərə cavab verməsinin müəyyənləşdirilməsi, qidalanma sahəsində mövcud imkanlar və keytrinq xidmətləri ilə də tanış olmaları planlaşdırılıb.
Oxşar xəbərlər
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir - FOTO
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
