Con Podesta: ABŞ və Çin COP29 çərçivəsində keçiriləcək iqlim danışıqlarını müzakirə edib
Çin və ABŞ iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi kimi məsələlərdə hələ də bəzi fikir ayrılıqlarına malikdir, lakin bu həftə baş tutmuş danışıqlar zamanı tərəflər onların aradan qaldırılması məsələsində irəliləyiş əldə ediblər.
“Sizinxeber.az” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Podesta Pekində çinli həmkarı Lyu Çjenmin və Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra jurnalistlərə deyib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərdəki bəzi fikir ayrılıqlarına baxmayaraq, tərəflər əhalinin və iqlimin rifahı üçün əməkdaşlıq sahələri tapa bilərlər.
Podesta bildirib ki, tərəflər noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsindəki iqlim danışıqları ilə bağlı əla müzakirələr aparıb və burada əsas prioritet inkişaf etməkdə olan ölkələrə yardım üçün yeni böyük fondun yaradılmasına dair razılaşma olacaq.
ABŞ fondun əmanətçi bazasını genişləndirməyə çalışır, lakin Çin və digər inkişaf etməkdə olan böyük ölkələr belə addımın zəngin ölkələrin öhdəliklərini zəiflədəcəyindən narahatdır.
Podesta vurğulayıb ki, iki ölkə həmçinin gələn ilin əvvəlində 2035-ci il üçün iddialı iqlim hədəflərini BMT-yə təqdim etmək üzrə hazırlıqları müzakirə ediblər.
Bundan əlavə, ABŞ-nin xüsusi nümayəndəsi bildirib ki, tərəflər metan kimi CO2 tərkibi olmayan istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı ikitərəfli sammit keçirməyi planlaşdırırlar.
“Onlara daha az diqqət yetirilir, lakin qlobal istiləşmənin səbəblərinin yarıdan çoxu bununla bağlıdır”, - Podesta deyib.
Oxşar xəbərlər
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












