COP31 Prezidenti: COP29-da qəbul edilən maliyyə hədəfinin icrası izləniləcək
Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qəbul edilən maliyyə hədəfi ilə bağlı verilmiş öhdəliklər izləniləcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum "COP31–IEA Yüksək Səviyyəli Enerji Keçidi Dialoq"u adlı tədbirdə deyib.
O qeyd edib ki, qoyulan hədəflər və onların tətbiqi arasında hazırda boşluqlar var: "Bu boşluğun aradan qaldırılması üçün mexanizmlər həyata keçirməyə çalışacağıq".
Murat Kurumun sözlərinə görə, Türkiyə COP31 çərçivəsində ölkələr arasında davamlı dialoqun təşviqi üçün çalışacaq.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda keçirilən COP29 konfransında inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfi ortaya qoyulub.
Oxşar xəbərlər
Murad Kurum: "COP31 maliyyələşdirmə məsələlərinə həsr olunacaq"
Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb
Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib
Türkiyəli nazir: COP31 namizədliyimizə göstərdiyi güclü dəstəyə Azərbaycana təşəkkür edirəm
COP31-ə Antalyanın namizədliyi irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
