Murad Kurum: "COP31 maliyyələşdirmə məsələlərinə həsr olunacaq"
sizinxeber.az xəbər saytı

Murad Kurum: "COP31 maliyyələşdirmə məsələlərinə həsr olunacaq"


Bu il Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) maliyyələşdirmə məsələlərinə həsr olunacaq.

"Report"un verdiyi məlumata görə, bunu Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum "Reuters"ə müsahibəsində bildirib.

O qeyd edib ki, konfransın əsas mövzularından biri əvvəlki konfranslarda qəbul edilmiş təşəbbüslərin həyata keçirilməsi olacaq.

Kurum maliyyələşdirmənin ən vacib məsələ olduğunu qeyd edib: inkişaf etməkdə olan ölkələrin iqlim hədəflərinə nail olmaq üçün təxminən 1 trilyon ABŞ dollarına ehtiyacı olacaq. O əlavə edib ki, müharibələrin və təhlükəsizlik böhranlarının qlobal gündəmdə üstün olduğu şəraitdə ictimaiyyətin iqlim siyasəti barədə məlumatlılığı artırılmalıdır.

"Əvvəlki bütün COP-larda mühüm qərarlar qəbul edilib. Biz onların icrasını izləyəcəyik, lakin vacib olan onların reallaşdırılmasıdır. Dünya bizdən hərəkətə keçməyimizi gözləyir", - Kurum deyib.

Oxşar xəbərlər

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb
Türkiyəli nazir: COP31 namizədliyimizə göstərdiyi güclü dəstəyə Azərbaycana təşəkkür edirəm
COP31-ə Antalyanın namizədliyi irəli sürülüb
Murat Kurum: Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır
Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər