COP29 Prezidentinin nümayəndəsi Bonnda iqlim dəyişikliyinə cavab tədbirlərindən danışıb
COP29 Prezidentinin nümayəndəsi Elçin Allahverdiyev Bonnda SB62 çərçivəsində keçirilən “İqlim dəyişikliyi siyasətlərinin və fəaliyyətlərinin birgə faydalarının elmi qiymətləndirilməsi” adlı tədbirdə çıxış edib.
“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
O, iqlim dəyişikliyinə cavab tədbirlərinin mənfi təsirlərini minimuma endirməklə yanaşı müsbət birgə faydalarının maksimuma çatdırılmasının vacibliyini vurğulayıb.
Elçin Allahverdiyev, həmçinin Bakıda keçirilən COP29-da razılaşdırılmış 2026-2030-cu illər üçün Cavab Tədbirlərinin Təsiri üzrə Forumun və onun Katovitse Ekspertlər Komitəsinin İş Planında qeyd olunan tədbirlərə əsaslanmağın zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
COP29-un prezidenti Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib
ÜST rəsmisi: Bakıda COP29 iqlim danışıqlarını yüksək qiymətləndiririk
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır
Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir
Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













