Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
2022-2024-cü illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Azərbaycanda 42 min hektar ərazidə quraşdırılan müasir (pivot) suvarma sistemlərinin maliyyələşdirilməsinə 13,6 milyon manat kredit-lizinq vəsaiti, 93,3 milyon manat güzəşt vəsaiti ayırıb.
"Report" xəbər verir ki, bunu AKİA-nın nümayəndəsi Emil Xasməmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Bundan başqa, onun sözlərinə görə, ölkə Prezidentinin ərzaqlıq buğda istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin quraşdırdığı müasir suvarma sistemlərinin maliyyələşdirilməsi ilə bağlı fərmanına uyğun olaraq agentliyə dövlət büdcəsindən əlavə vəsait ayrılıb: "2022-ci ildən buğda əkilmiş 12 min hektar ərazidə müasir suvarma sistemlərinin quraşdırılması ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün 24,6 milyon manat güzəşt vəsaiti yönəldilib".
Oxşar xəbərlər
AKİA: Son üç ildə aqrar sektora 380 milyon manatdan çox kredit-lizinq vəsaiti ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aqrar Kredit və İnkişaf Agentliyi 2 ayda 6 milyon manata yaxın kredit verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AKİA: Aqrar sahənin kreditləşməsi ilə bağlı müxtəlif çətinliklər mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aqrar Kredit və İnkişaf Agentliyi I rübdə 20 milyon manata yaxın kredit verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTN: Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











