AKİA: Son üç ildə aqrar sektora 380 milyon manatdan çox kredit-lizinq vəsaiti ayrılıb
sizinxeber.az xəbər saytı

AKİA: Son üç ildə aqrar sektora 380 milyon manatdan çox kredit-lizinq vəsaiti ayrılıb


2022–2024-cü illər ərzində kənd təsərrüfatı texnikası və avadanlıqlarının maliyyələşdirilməsi məqsədilə 24,5 min ədəd texnika üçün 247,6 milyon manat həcmində güzəştli və 141 milyon manat həcmində kredit-lizinq vəsaiti ayrılıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Emil Xasməmmədov IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, eyni dövrdə 21,4 min baş iri və xırda buynuzlu damazlıq heyvanın alınması üçün də 53,6 milyon manat həcmində güzəştli vəsait ayrılıb.

Bundan əlavə, son 3 ildə 7 minə yaxın sahibkarlıq subyektinə 82 milyon manat məbləğində aşağı faizli güzəştli kreditlər verilib.

E. Xasməmmədov qeyd edib ki, kənd təsərrüfatı texnikalarının maliyyələşdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi siyahıya uyğun həyata keçirilir: “Bu siyahıya aqrar sahənin müxtəlif sahələrini əhatə edən müxtəlif texnikalar daxildir”.

E.Xasməmmədov əlavə edib ki, hazırda aqrar layihələrin maliyyələşdirilməsi üzrə AKİA ilə əməkdaşlıq edən 31 müvəkkil kredit təşkilatı mövcuddur. Onlardan 16-sı bank, 11-i lizinq şirkəti, 4-ü isə bank olmayan kredit təşkilatıdır (BOKT).

Oxşar xəbərlər

Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
Aqrar Kredit və İnkişaf Agentliyi I rübdə 20 milyon manata yaxın kredit verib
Aqrar Kredit və İnkişaf Agentliyi 2 ayda 6 milyon manata yaxın kredit verib
AKİA: Aqrar sahənin kreditləşməsi ilə bağlı müxtəlif çətinliklər mövcuddur
Naxçıvanda ötən il sahibkarlar 4 milyon manatdan çox güzəştli kredit alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər