Mcnun Məmmədov: “Harmoniya İqlim Təşəbbüsü aqrar sektorun dayanıqlığını artıracaq”
Harmoniya İqlim Təşəbbüsü aqrar sektorun dayanıqlığını artıracaq
“Report” xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya (FAST) Tərəfdaşlığının Nazirlər Görüşü"ndə deyib.
Nazir qeyd edib ki, "Harmoniya İqlim Təşəbbüsü" aqro-ərzaq sistemlərində iqlim problemlərinin həllində mühüm rol oynayacaq.
O bildirib ki, bu təşəbbüs kiçik fermerlərin və kənd icmalarının davamlılığını artırmağa, iqlim maliyyəsini daha əlçatan etməyə və daha təsirli nəticələr əldə etməyə xidmət edəcək: "Bu təşəbbüs mövcud iqlim layihələri ilə sinerji yaradaraq, onların koordinasiyasını təmin edəcək. Harmoniya, FAST Tərəfdaşlığının uzantısı olaraq, iqlim maliyyəsinin təsirini artırmağa yönəlmiş unikal bir platforma kimi fəaliyyət göstərəcək".
Nazir əlavə edib ki, COP-dan COP-a əməkdaşlıq prinsipləri əsasında yaradılan Harmoniya, bilik mübadiləsi üçün yeni imkanlar yaradacaq və aqrar sektorda davamlı inkişafa mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Nazir: "Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı, qida və su təşəbbüslərini birləşdirəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov: “COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün məqsədi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












